“Bavariya”lı futbolçu karantində özünə yeni sevgili tapdı - FOTO

13:20 16-04-2020 775

Futbol üzrə Almaniya milli komandasının və “Bavariya” klubunun hücumçusu Serj Qnabri karantin günlərində özünə yeni sevgili tapıb.

“The Sun” xəbər verir ki, əslən Kot-d'İvuardan olan 24 yaşlı futbolçu özündən bir yaş kiçik isveçrəli model Sandra Cerslə sevgi münasibəti qurub.

Qəzet yazır ki, cütlük üç həftədir görüşür və S.Cers Pasxa bayramını qeyd etmək üçün Münhenə gəlib.