Azərbaycanda piyadanı vuran sürücü hadisə yerindən qaçıb - VİDEO

04:00 17-04-2020 678

Kürdəmir rayonunun Babək prospektində “VAZ 2107” avtomobilinin sürücüsü piyadanı vuraraq hadisə yerindən qaçıb.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Atakişili kənd sakini Niyaməddin İbrahimov yolu keçmək istəyərkən baş verib.

Yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.

Qəzanı törədərək hadisə yerindən yayınan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Hadisənin dəqiq təffərüatları parılan araşdırmalardan sonra bəlli olacaq.