Özcan Dəniz evini çəkiliş meydanına çevirdi: Baş rolu keçmiş xanımı ifa edir - FOTO

13:40 18-04-2020 455

Koronavirus səbəbindən ailəsi ilə birlikdə özünü təcrid edən Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Dəniz yeni yazdığı ssenari üzrə evində çəkilişlərə başlayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, yeni filmdə aktyorun keçmiş arvadı Feyza Aktan və oğlu Kuzey də iştirak edəcəklər.

Qeyd edək ki, 2018-ci ildə evlənən və 2019-cu ildə boşanan, sonra isə münasibətlərinə yeni bir şans verən Özcan Dəniz keçmiş xanımı ilə bir evdə yaşamağa davam edir. 

Məlumata görə, Özcan Dənizin də rol aldığı film evdə olan mövcud imkanlarla çəkiləcək.