Məğlubedilməz UFC döyüşçüsü beynini elmə bağışlayacaq

04:00 20-04-2020 423

UFC təşkilatının məğlubedilməz braziliyalı döyüşçüsü Paulo Kosta müasir elmə hədiyyə vermək istədiyini bəyan edib.

“BJPenn.com” xəbər verir ki, idmançı ölümündən sonra beynini alimlərə bağışlayacaq.

P.Kosta qeyd edib ki, onu beyinin bərpa olunmayan hüceyrələri ilə bağlı mövzu maraqlandırır. O, etiraf edib ki, hər döyüşlə səhhəti pisləşir və buna görə də 36 yaşında döyüşçü karyerasını bitirəcək.

P.Kosta həmçinin bu məsələnənin araşdırılması üçün öz tövhəsini verəcək.