Avstraliyalı boksçu İslam dinini qəbul etdiyini açıqladı

16:20 20-04-2020 408

Avstraliyalı boksçu Vilhelm Ott sosial şəbəkə hesabı vasitəsilə İslam dinini qəbul etdiyini açıqlayıb.

Bu barədə Star.com məlumat yayıb.

Vilhelm Ott karantin müddətində çox düşündüyünü və müsəlman olmağa qərar verdiyini qeyd edib.

“Uzun müddətdir ağlımda olan bir şey idi, ancaq başqalarından təsirləndim. Bu karantin müddətində İslamın dəyərləri mənə lazım olan gücü verdi”, - deyə V.Ott “Instagram” hesabında yazıb.