Vidadi HİDAYƏT

MƏNƏVİ ALƏMİN İŞIĞI

 

RUHUN ELM FƏZİLƏTİ

15:11 21-04-2020 841

 

Bismillahir,Rəhmanir, Rəhim

Vidadi HİDAYƏT

MƏNƏVİ ALƏMİN İŞIĞI

RUHUN ELM FƏZİLƏTİ

 Bu elm insan ruhu Allaha qovuşduqdan və nəfs tam paklaşdıqdan sonra daxildə yaranan “Quran” elmidir, bütövlükdə bir Allah öyüdüdür. Bu elmə yiyələnməyin  çox maraqlı açıqlaması var. Bilirik ki, Allahın istəyi bizim həyatda olarkən Ona ibadət edib, sonda təslim olmağımızdır. Təslim olmağımız üçün həm özümüzü, həm də Yaradanımızı tanımalıyıq. Yaradanımızı tanıyırıqsa deməli nəfsimiz tam paklanmışdır.Əgər nəfsimiz tam paklanıbsa deməli, əlimizdəki “Quran”ın əsl mahiyyətini bilirik. Elə bu da Allahın ruha qoyduğu fitrət elminin qəflətdən çıxıb tam olaraq qəlbə daxil olmasıdır. Necə ki, imam Əli (ə) belə söyləyərdi: “Mən danışan “Quran”am”.Həzrəti imam Cəfəri Sadiq (ə)  elm haqqında belə söyləmişdir:”Bu elmi, yəni “Quran”elmin öyrənməklə əldə etmək qeyri mümkündür. Elm elə nurdur ki, Allah onu istədiyi bəndənin  qəlbinə salar. Elm istəyirsənsə əvvəlcə Allaha qul olmağın həqiqətinə varmalısan. Elmi ona əməl edərək istəməlisən və Allahdan istə ki, sənə dərk etdirsin. Qul Allahın ona verdiklərini özününkü bilməməlidir. Çünki qulun heç nəyi olmur. Malın Allahın malı bilir onu Allahın əmr etdiyi yolda sərf edirlər. Öz işlərini özbaşına tədbir etməməlidir.onun bütün məşğuliyyəti Allahın əmr etdiklərini yerinə yetirib, qadağalarından çəkinməlidir.” Bu hal baş verəndən sonra insan öz ruhunun elm fəziləti hesabəını “Quran” elmini bilir, mənəviyyatı haqq olan mənəviyyat olub, ilahi mərifətə çatır.

Yox, əgər bədəndə ruhun hakimiyyəti get-gedə qəflətə keçərsə  və bədənə nəfs hakim olarsa bu vaxt insan dünyada alim olsa  belə mənəvi aləmdə cahil sayılır. Bu cür insanın Allah öyüdü  olan “Quran” elmi olmadığından hər an Allahın hədlərin pozacaqdır. Həmin şəxsin həyatda tam ədalətli olması mümkün deyil.”Quran”da belə insanlar haqqında Allah c.c. belə buyurmuşdur: “Ya Peyğəmbər Allahın hədlərin pozanlar əlbəttə zalimlərdir.”

Bəs nə üçün hər bir bəşər övladının içində olan fitrət elmi (“Quran” elmi) qəflətdə qalmalı, üzə çıxmamalıdır?...  

Davami var.