Ramal 11 yaşında klipinə çəkdiyi xalası qızı ilə evli imiş - VİDEO

17:00 21-04-2020 516

“Şou ATV” proqramında qonaq olan müğənni Ramal İsrafilov barədə müzakirələrə səbəb olan süjet yayımlanıb.

HerGun.Az xəbər verir ki, videomaterialda sənətçinin 11 yaşında olarkən klipinə çəkdiyi xanımın hazırda onunla evli olduğu ortaya çıxıb.

Həmin xanım isə R.İsrafilovun doğma xalası qızıdır.

İkili “Sən öyrətdin” mahnısının ekran versiyasında rol alıb. Süjeti diqqətlə izləyən müğənninin gözlərindəki sevgi dolu reaksiya kameraların obyektivindən yayınmayıb.

 
Qeyd edək ki, Ramal İsrafilov 2014-cü ildə xalası qızı Sevda ilə ailə qurub. Cütlüyün Liya adlı qız övladı var. Sənətçi şəxsi həyatını kameralardan gizli saxlayır.

Rəşad Əliyev