Maykl Cekson protez burun taxıb? - İDDİA

18:00 21-04-2020 461

Dünya şöhrətli müğənni Maykl Ceksonun burnunun protez olması məsələsi yenə gündəmə gəlib.

“The Mirror” nəşrinin yazdığına görə, onun cansız bədənini görənlər “burnu olmadan çox qorxunc görünürdü” deyiblər.

2009-cu ildə vəfat edən pop musiqinin kralı keçirdiyi estetik əməliyyatlarla üzündə köklü dəyişikliklər etmişdi.

51 yaşında həyatını itirən ulduzun protez burundan istifadə etməsi iddiası mediada yenidən müzakirələrə səbəb olub.

Nəşrin M.Ceksonun morqda çəkilən şəklini araşdıran səlahiyyətlilərə istinadən yaydığı xəbərdə məşhur ulduzun burnunun tamamilə deformasiyaya uğradığı qeyd edilir.

“Rolling Stone” jurnalına müsahibə verən bir şahid isə saxta burunun cəsədin üzərində olmadığı, kiçik qaranlıq dəliyin ətrafında qığırdaqların göründüyünü deyib.