Deputatlar dostluq qruplarına yeni rəhbər seçəcəklər

18:40 22-04-2020 407

Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 27-dən 28-ə qaldırılıb.

Bu barədə HerGun.Az-a parlamentdən bildirilib.

İclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” məsələ əlavə edilib.

Aqşin Kərimov