İsveçli alimlər: Süzgəcdən keçirilmiş kofe ömrü uzadır

08:00 24-04-2020 443

İsveçin Höteborq universitetinin alimlərinin apardığı araşdırma kofenin insan üçün xeyirli olduğunu təsdiq edib.

“European Journal of Preventive Cardiology” dərgisi xəbər verir ki, genişmiqyaslı araşdırmalardan sonra mütəxəssislər süzgəcdən keçirilmiş kofenin insanın ömrünü uzatdığını bildiriblər.

Onlar 20 il ərzində tədqiqatlarda iştirak edən könüllülərin sağlamlığını müşahidə ediblər.

Araşdırmaya 20-79 yaş arası 508 747 insan qatılıb.

Nəticələr onu göstərir ki, gündə 1-4 fincan filtrə edilmiş kofe içən insanlarda ümumi ölüm riski başqalarına nisbətən 15% aşağıdır.

Həmçinin mütəxəssislər bu qənaətə gəliblər ki, filtrə edilməmiş kofe bədəndə xolesterin səviyyəsini yüksəldir və 60 yaşdan yuxarı insanlar üçün təhlükəlidir.