Pandemiya dövründə qonaqlığın yeni üsulu - VİDEO

11:20 24-04-2020 548

Rusiyada 16 yaşlı Pavel Reşetnikov rəfiqələrinə qonaqlıq vermək istəyən nənəsinə qeyri-adi üsulla kömək edib.

“LifeShot” “Telegram” kanalı bununla bağlı maraqlı kadrlar yayımlayıb:

Bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan özünütəcrid rejimində yaşlı qadın bişirdiyi pirojkiləri rəfiqələrinə göndərmək istəyib.

Onun köməyinə yeniyetmə nəvəsi gəlib. Pavel pirojki torbalarını drona bağlayaraq, qonşulara paylamağa başlayıb.