Karantində şagirdlərinə tapşırıq vermək üçün hər gün səkkiz km yol gedir - VİDEO

13:40 25-04-2020 616

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid rejimində məktəb müəllimi şagirdlərə tapşırıq vermək üçün hər gün səkkiz kilometr məsafə qət edir.

Məsələ burasındadır ki, kənddə internet yoxdur. Kabel 43 şagirddən səkkizinin yaşadığı evə çəkilib.

Söhbət Rusiyanın Kursk vilayətinin Starkovo kəndindən gedir.

“LifeShot” “Telegram” kanalı bununla bağlı kadrlar yayımlayıb.

“Valideynlər mənə ehtiramla yanaşırlar. Yemək, çay təklif edirlər”, - deyə ibtidai sinif müəllimi Svetlana Dementyeva bildirir.

O, hər gün ev tapşırıqları olan dəftərlər və dərsliklərlə dolu iki ağır çanta gəzdirir. Evdə yazılan tapşırıqları götürür, yenilərini verir… 

Məktəblilərlə isə müəllim görüşmür. O, ancaq valideynlərlə, tibbi maskada və təhlükəsiz məsafədə ünsiyyət qurur.