Mingəçevirdə 35 yaşlı kişini boynundan bıçaqladılar
00:20 26-04-2020 598
Mingəçevir sakini bıçaqlanıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Vaqonlar” adlanan yaşayış massivi ərazisində baş verib.
Naməlum şəraitdə 1985-ci il təvəllüdlü, şəhər sakini İlkin Məhəmməd oğlu Məmmədovun boyun nahiyəsindən iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.