Aygün Kazımova yeni görünüşü ilə gündəmə damğa vurdu - FOTO

12:20 26-04-2020 573

Xalq artisti Aygün Kazımova yeni dəbdəbəli görünüşü ilə diqqətləri üzərinə cəmləyib.

HerGun.Az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində görüntülənən pop diva ənənəsinə sadiq qalaraq yenə də təəccübləndirməyi bacarıb.

O, qara, uzun, üst hissəsi gümüşü par-parıldayan əl işləmələri ilə bəzədilən, dərin sinə dekolteli libasda göz qamaşdırıb.

Libasın müəllifi isə Xalq artistinin yaxın dostu, dünya şöhrətli modelyer və dizayner Rüfət İsmayıldır. Aygünün vücudunun formada olması da nəzərdən qaçmayıb.

Qeyd edək ki, Aygün Kazımova həmkarı Miri Yusiflə duet oxuduğu “İcazəli” bəstəsini “YouTube”da dinləyicilərin ixtiyarına verib.

Rəşad Əliyev