Xalq artisti Röyanın maya planlaşdırılmış konserti payızda baş tutacaq - FOTO

15:20 26-04-2020 459

Xalq artisti Röya Ayxan “Nazlı” adlı solo konsertinin tarixini növbəti dəfə dəyişib.

HerGun.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan musiqili gecə payızda baş tutacaq.

Belə ki, 14, 15, 16 və 17 may tarixində olacağı planlaşdırılan tədbir 1,2,3 və 4 oktyabrda reallaşacaq.

Qeyd edək ki, əvvəlcə mart ayında düşünülən konsert Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq maya keçirilmişdi.

Rəşad Əliyev