Rusiyada narkotik ticarəti ilə məşğul olan keşişlər tutuldu

20:00 27-04-2020 401

Rusiya paytaxtında narkotik ticarəti ilə məşğul olan iki keşiş saxlanılıb. 

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

İlk olaraq, 36 yaşlı Maksim Kamenev saxlanılıb. Onun maşınında ftoramfetamin bağlamaları tapılıb.

Bir müddət sonra isə başqa bir kilsə xidmətçisi Roman Qorovenko saxlanılıb. Onun qarajında axtarış zamanı səkkiz bağlama qadağan olunmuş narkotik maddə aşkar edilib.

Hər iki şəxslə bağlı cinayət işi açılıb.