Belçika höküməti xalqını daha çox kartof yeməyə çağırdı

05:40 28-04-2020 381

Belçikalı fermerlər ölkə vətəndaşlarından həftədə ən azı iki dəfə qızarmış kartof yeməyi xahiş edirlər.

“The Telegraph” xəbər verir ki, karantin səbəbindən ölkədə lazımından 750 min ton kartof ehtiyatı yığılıb.

Karantin səbəbindən restoranların, həmçinin ölkədə geniş şəkildə keçirilən festivalların bağlanması səbəbindən böyük həcmdə kartof çürüməklə üz-üzə qalıb.

Qeyd etmək lazımdır ki, fermerlər hər həftə təmənnasız şəkildə 25 min ton kartof paylayırlar.