Tailandlı fermer saxladığı altıayaqlı qurbağanın ona uğur gətirdiyinə inanır – VİDEO

07:00 28-04-2020 578

Tailandlı fermer Nikul Nuenqvanna qurbağa və balıq saxlamaqla məşğul olur.

“Leave Leak” xəbər verir ki, bir dəfə onun həyat yoldaşı qurbağaları yemləyərkən onlardan biri qadının qucağına tullanır.

Canlıya diqqətlə baxdıqda fermer onun altı ayağının olduğunu görüb.

Qeyd etmək lazımdır ki, son vaxtlar Nikulun biznesi yaxşı gedir. Fermer bu qeyri-adi qurbağanın ona uğur gətirdiyinə əmindir.