Hindistanlı koronavirusun yayılmasının qarşısını almaq üçün dilini kəsdi

07:40 28-04-2020 314

Hindistanlı kərpickəsən Vivek Şarma ağlasığmaz və dəhşətli addım atıb.

“Daily Star” xəbər verir ki, Vivek həmkarları ilə birlikdə Qucarat ştatında bir məbədin tikintisində iştirak edirmiş.

Fasilə zamanı iş yerindən ayrılan kərpickəsəndən uzun müddət xəbər gəlmir.

Bunu görən digər işçilər onun mobil telefonuna zəng vururlar, lakin onlara başqa şəxs cavab verir.

Həmin kişi Viveki başqa məbəddə dili kəsilmiş vəziyyətdə tapdığını  bildirir.

Sonradan məlim olur ki, kərpickəsən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Kali ilahəsinə öz dilini qurban gətirib.