Halı pisləşən gənc relslərin üzərinə yıxıldı - VİDEO

02:00 29-04-2020 527

Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib. Belə ki, metro stansiyasında 21 yaşlı gəncin halı pisləşib və o, relslərin üzərinə yıxılıb.

“HaberGlobal”ın verdiyi məlumata görə, hadisə anbaan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlardan görünür ki, platformada addımlayan gənc qəflətən səndirləməyə başlayır və relslərin üstünə yıxılır.

Məlumata görə, orada olan sərnişinlər qatarın gəlməsinə az müddət qalmış gənci çıxara biliblər. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.