Koronavirusdan müdafiə: Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO

08:40 29-04-2020 430

Çinin Hançjou şəhərindəki karantindən sonra açılan məktəblərdən birində koronavirusdan qorunmaq üçün uşaqları tibbi maskadan əlavə qeyri-adi baş geyimi taxmağa məcbur edirlər.

“The Sun” xəbər verir ki, məktəb binasında uşaqlar aralarında bir metr məsafə saxlamağı təmin edən papaq taxırlar.

Məktəb dirketorunun müavini bu təşəbbüsün onlara məxsus olduğunu bildirib.

Uşaqlara baş geyimini istədikləri kimi bəzəməyə icazə veriblər.

Bundan əlavə məktəblilərə fiziki təmas etmək qadağan edilib.