GUAM PA-dakı nümayəndə heyətinə Elnur Allahverdiyev rəhbərlik edəcək

11:00 29-04-2020 415

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev olacaq. 

Bununla bağlı deputat özünü “Facebook” hesabında məlumat verib.

İndiyədək qurumdakı nümayəndə heyətinə millət vəkili Azər Kərimli rəhbərlik edib. 

“Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır.

Prezidentimiz cənab İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücum diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik.

GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik!”, - deputat bildirib.