Bakı sakinini bıçaqlayıb 10 min dollarını aldılar

12:00 29-04-2020 560

Aprelin 28-də, saat 20:00 radələrində Bakının Sabunçu rayon sakini quldurluq nəticəsində 10 min ABŞ dolları itirib.

Bu barədə HerGun.Az-a rayon Polis Şöbəsindən məlumat verilib.

Cinayət hadisəsi Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində törədilib. Qara trikotaj maskalı iki naməlum şəxs 1972-ci il təvəllüdlü Cəfər Səfərova “Renault” markalı avtomobilini evinin qarşısında park etdiyi zaman hücum ediblər.

Onlar kişinin avtomobilinə girərək, sol ayağından bıçaqla yaralayıblar və pullarını verməsini tələb ediblər. Sonra isə C.Səfərovun yanında olan 10 min dolları ələ keçirərək, hadisə yerindən qaçıblar.

Hadisə göstərilən ərazinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır. Faktla bağlı tutulan yoxdur.

Ayın əvvəlindən bu günə qədər Bakıda yeddi qarət hadisəsi qeydə alınıb, onlardan altısı aşkarlanıb.

Ramella İbrahimxəlilova