Binə sakinindən beşbarmaq götürülüb

14:00 29-04-2020 527

Binə qəsəbə sakininin avtomobilində beşbarmaq və digər soyuq silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini B.Əsgərovun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı bir ədəd beşbarmaq, bir ədəd elektroşok və iki ədəd bıçaq aşkar edilərək götürülüb.