ABŞ-da müxbir canlı yayıma şalvarsız çıxdı – VİDEO

04:00 30-04-2020 506

ABŞ-ın “ABC” telekanalının müxbiri Uill Riv səhər yuxulu olduğu səbəbindən gülməli vəziyyətə düşüb.

O, hər səhər yayımlanan “Good Morning America” verilişinə şalvarsız çıxıb.

U.Rov müsahibəsində vətəndaşlara dronla dərman çatdıran ABŞ apteklərindən danışıb.

Qeyd etmək lazımdır ki, müxbir artıq bu hadisəni öz “Twitter” hesabında şərh edib.

“Mən effektli görünmək üçün səhər erkəndən efirə hazırlaşırdım. Kameranı düz yerləşdirmədiyim üçün belə gülünc vəziyyətə düşdüm. Artıq işə qayıtmağa hazıram. Və mütləq şalvar geyinəcəm”, - deyə müxbir zarafat edib.