Ağ ayı zooparka cütləşmək üçün yeni gətirilmiş rəfiqəsini öldürdü - VİDEO

10:00 30-04-2020 511

Rusiyanın İjevsk şəhərinin zooparkında Balu ləqəbli ağ ayı cütləşmək üçün gətirilən dişi həmcinsi Avroranı parçalayıb.

“Mash” Telegram kanalının məlumatına görə, bu barədə zooparkın müdiri Andrey Qorban özünün “Facebook” hesabından bildirib.

Onun sözlərinə görə, Balu və Avroranın ilk görüşü iki həftə əvvəl baş tutub. Bu zaman hər şey normal olub. Lakin ikinci görüş yaxşı bitməyib. Nahardan sonra Balu Avroranın üstünə cumub. Zoopark işçiləri nə baş verdiyini anlamayıblar. Onlar su və yuxu dərmanı ilə heyvanı sakitləşdirməyə çalışsalar da, artıq gec olub. Balu artıq ölmüş Avroranın yanına yıxılıb.
Andrey Qorbanın sözlərinə görə bu, zooparklar tarixində ilk belə hadisədir.

“Erkək heyvan dişini yemək üçün parçalaya bilər. Ancaq bu, cütləşmə dövründə baş vermir”, - deyə, heyvanat bağçasının direktoru əlavə edib.

O, hazırda müşahidə kameralarının görüntülərinin mütəxəssislər tərəfindən yoxlanıldığını və hadisənin səbəbini öyrənməyə çalışdıqlarını deyib.