Çin ÜST-ə koronavirusun yaranma səbəblərini araşdırmağa imkan vermir

07:00 01-05-2020 425

Çin höküməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranma səbəblərinin araşdırılmasında iştirak etmək istəyi ilə bağlı müraciətlərini rədd edir.

“Sky News” xəbər verir ki, bunu təşkilatın Çin üzrə nümayəndəsi Qoden Qalea bildirib.

Qalea bildirib ki, yeni epidemiyaların qarşısını almaq üçün ÜST koronavirusun yaranma səbəblərini bilməlidir.

“Biz bilirik ki, Çin artıq araşdırma aparır. Lakin biz dəvət edilməmişik. Biz yenə də müraciət edirik, lakin cavab görmürük”, - deyə təşkilatın nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Çin ÜST-ə koronavirusun yayıldığı Uhan şəhərində yerləşən iki virusoloji laboratoryanın sənədlərini təqdim etməyib.