Nepalda partlayan qumbara dörd uşağın ölümünə səbəb oldu

08:00 01-05-2020 358

Nepalda qumbaranın partlaması nəticəsində dörd uşaq həlak olub.

“Himalayan Times” xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Rolla bölgəsində qeydə alınıb.

Meşədən qayıdan uşaqlar yolda qumbara tapıblar. Uşaqlar onunla oynayarkən partlayış baş verib.

Uşaqlardan ikisinin 11, birinin – 13, ən balacasının isə beş yaşı var idi.