Afrikada timsah beş aslanın hücumuna məruz qaldı – VİDEO

08:20 01-05-2020 578

Cənubi Afrika Respublikasında yerləşən Krüqer adına Milli parkda aslanların timsaha hücum etməsi qeydə alınıb.

“The Latest Sightings” dərgisi xəbər verir ki, aslan sürüsü çayın qırağında keçi leşi saxlayıb.

Ətin iyini duyan timsah sudan çıxaraq ona yaxınlaşıb.

Bunu görən beş dişi aslan sürünən heyvanı mühasirəyə alıb.

Bir müddət timsahı maraqla izləyən böyük pişiklər qəflətən ona hücum ediblər.

İlk öncə onlara qarşılıq verməyə çalışan timsah sonda geri çəkilməyə məcbur olub.