“PSJ” qələbəsini koronavirusa qarşı mübarizə aparan həkimlərə həsr etdi

08:40 01-05-2020 335

“Pari Sen-Jermen” futbol klubu növbəti Fransa çempionu titulunu həkimlərə, həmçinin koronavirusla mübarizə aparan şəxslərə həsr edib.

“Ren TV” xəbər verir ki, koronavirus pandemiyası səbəbindən mart ayında futbol üzrə Fransa çempionatı təxirə salınıb.

O zaman “PSJ” turnir cədvəlinin birinci pilləsində qərarlaşmışdı. İkinci yerdə gedən “Marsel” klubundan “PSJ”ni 12 xal ayırırdı.

Aprelin 30-u Fransa çempionatının müddətdən əvvəl bitməsinə qərar verilib. Nəticədə Paris klubu ölkə çempionu elan edilib.

Qeyd edək ki, Fransada 166 543 insan koronavirusa yoluxub, 24 121 nəfər onun qurbanı olub, 49 118 nəfər isə xəstəlikdən sağalıb.