Suriya ilə İsrail arasında gərginlik: HHM sistemləri hücumu dəf etdi

09:20 01-05-2020 445

Suriyanın Hava Hücumundan Müdafiə (HHM) sistemləri ölkənin cənub hissəsində İsrail helikopterlərinin raket zərbələrini dəf edib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, hücum Qolan yüksəkliklərindən Əl-Kuneytra bölgəsindəki Suriya ordusunun mövqelərinə edilib.

Hadisə zamanı xəsarət alanların olması ilə bağlı məlumat verilməyib.