Çində koronavirusa yoluxanların sayı 600-dən aşağı düşüb

10:00 01-05-2020 334

Çində 599 nəfər koronavirusa yoluxmuş insan qalıb.

TASS-ın məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yoluxma halı son 24 saata üç faiz azalıb. Sutka ərzində 12 nəfər COVID-19-a yoluxub. Onların altısı xaricdən gəlib.

Artıq beşinci gündür ki, ölkədə koronavirusdan ölüm faktı qeydə alınmayıb.