Qonşu ölkədə sutka ərzində səkkiz minə yaxın yeni yoluxma

13:20 01-05-2020 345

Ötən sutka Rusiya ərazisində koronavirusa 7 933 yeni yoluxma qeydə alınıb.

Bu barədə Moskvada koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahı məlumat yayıb.

Ən çox yoluxma paytaxt Moskva şəhərində müəyyən edilib – 3 561 nəfər.

Ümumilikdə, Rusiyanın 85 regionunda yoxuxma sayı 114 431-ə çatıb. 1 169 nəfər xəstəlikdən ölüb, 13 220 nəfər sağalıb.