ABŞ aviaşirkətlərindən koronavirusa görə maska qərarı

14:20 01-05-2020 362

ABŞ-ın bir sıra iri aviaşirkəti sərnişinlərə COVID-19-un yayılması ilə əlaqədar təyyarələrində maska ​​taxmalarının lazım olduğunu bildirib.

CNBC telekanalı bu barədə xəbər yayımlayıb.

Bazar ertəsi günündən etibarən “Delta” və “United” aviaşirkətlərinin sərnişinləri maska ​​taxmaq məcburiyyətində qalacaqlar. “Delta”nın yeni qaydalarına əsasən, yemək vaxtı istisna və qeydiyyat prosesi daxil olmaqla, uçuş boyu maska taxmaq tələb olunur.

Mayın 8-dən “Frontier Airlines” və 11-dən “American Airlines” bu cür qaydaları tətbiq edəcək. Belə tədbirlər daha əvvəl “JetBlue Airways” tərəfindən elan edilib. Bu şirkət ABŞ-da sərnişinlərə maska ​​taxmağı məcbur edən ilk böyük hava yolları qurumu olub. Eyni zamanda, ekipaj üzvlərindən də maska taxmaq tələb edilir.