Koronavirusa görə maddi çətinlik çəkən transseksuallara din xadimləri kömək etdi

02:00 02-05-2020 420

İtaliyada koronavirus epidemiyası səbəbiylə maddi çətinliklər yaşayan transseksuallara din xadimləri yardım edib.

“HaberGlobal” məlumat verir ki, İtaliyanın paytaxtı Romadan təxminən 40 km məsafədə yerləşən Torvaianika qəsəbəsindəki yollarda işləyən trans seks işçiləri koronavirusun yayılması səbəbiylə pul qazana bilmədikləri üçün qəsəbədəki kilsədən kömək istəyiblər.

Bu insanların əksəriyyəti Latın Amerikası ölkələrindən gəldiklərini, bəziləri pasportlarının onları işlədənlər tərəfindən ələ keçirildiyini, bəziləri qanunsuz statusa sahib olduqlarını və bu səbəbdən dövlətdən yardım ala bilməyəcəklərini deyiblər.

Xəbər İtaliya mətbuatında “Papanın köməkçisi işsiz translara yemək gətirdi”, “Papadan kasıb trans insanlarına yardım” başlıqları altında yayılıb.

Qəsəbənin pastoru Don Andrea ondan kömək istəyən seks işçilərinin sayının artmasından sonra Vatikana müraciət edib. Don Andreanın rəhbərliyi altında 20-yə yaxın trans seks işçisi yaşadıqları çətinlikləri izah edərək Papaya məktub yazıblar. Qısa müddətdə onlara kilsədən maddi yardım gəlib.