Koronavirusa görə xəstəxanaya yerləşdirilən zaman lazım olan əşyalar

09:40 02-05-2020 445

Koronavirusla bağı təcili xəstəxanaya yerləşdirilən zaman şəxsi gigiyena əşyaları və qadcetləri yanında götürmək lazımdır.

TASS bununla bağlı mütəxəssislərin tövsiyələrini yayıb.

Xəstəxanaya getməzdən əvvəl sənədlər olan çanta toplanılmalıdır. Bundan əlavə, diş fırçası və pastası, sabun, tualet kağızı, nəm salfetlər, daraq, dəsmal, şampun və ya duş gelini əvvəlcədən hazırlamağa dəyər.

Xəstəxanaya ailə və dostlarla ünsiyyət qurmaq üçün telefon, planşet, noutbuk və digər vasitələr, həmçinin onların şarj cihazlarını aparmaq lazımdır.

Həmçinin, palatada geyinmək üçün xalat, pijama, idman geyimi, dəyişik alt paltarı və ayaqqabı götürmək də unudulmamalıdır.