Koronavirusla bağlı son STATİSTİKA

11:20 03-05-2020 406

Dünyada 3 milyon 484 min 632 nəfər koronavirusa yoluxub.

Bu barədə HerGun.Az-ın  qeyd edilir.

Virusdan ölənlər 244 min 791, sağalanlar isə 1 milyon 124 min 324 nəfər təşkil edir.

Dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk üçlükdə ABŞ (1 milyon 160 min 838 nəfər), İspaniya (245 min 567 nəfər), İtaliya (209 328 nəfər), ölüm sayına görə isə ABŞ (67 min 448 nəfər), İtaliya (28 min 710 nəfər) və İspaniya (25 min 100 nəfər) yer alır.

Qonşularımızdan Türkiyə koronavirusa yoluxma sayına görə yeddinci (124 min 375 nəfər), Rusiya səkkizinci (124 min 54 nəfər), İran onuncu (96 min 448 nəfər) yerdədir.

Qonşu dövlətlər arasında ölüm halı ən çox İranda (6 156 nəfər) müşahidə edilib.

Azərbaycanda koronavirusa yoluxanlar 1 894 nəfərdir. Virusdan 25 nəfər həyatını itirib, 1 411 nəfər isə sağalıb.