Tehranda pandemiya dövründəki kino seansı marağa səbəb oldu - VİDEO

14:20 03-05-2020 425

Yeni tip koronavirus pandemiyası (COVİD-19) səbəbindən məhdudiyyətlərin tətbiq olunduğu İranda kinoteatrlar da qapalı vəziyyətdədir.

“Haber Global” xəbər verir ki, qonşu ölkə buna da çarə tapıb.

Paytaxt Tehranın rəmzlərindən biri olan “Milad qalası”nın avtoparkında təqdim olunan film seansında izləyicilər kinoteatr kresloları yerinə avtomobillərində əyləşiblər.

Görüntüləri təqdim edirik: