Türkiyədə şəhərlərə giriş-çıxış qadağasının müddəti artırıldı

19:40 03-05-2020 398

Türkiyədə koronavirusa görə tətbiq edilən 31 şəhərə giriş-çıxış qadağasının müddəti yenidən uzadılıb.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadağa mayın 4-də yerli vaxtla saat 00:00-a qədər davam edəcək.

Qeyd edək ki, hazırda Türkiyədə koronavirusa yoluxanların sayı 124 mindən çoxdur.