BƏƏ-də koronavirusdan yeni müalicə metodu yoxlanılır

03:00 04-05-2020 350

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa yoluxan xəstələri kök hüceyrələri vasitəsi ilə müalicə etməyə başlayıblar.

“RİA Novosti” xəbər verir ki, xəstəliyə yoluxanların bədənindən götürülən kök hüceyrələri aktivləşdirildikdən sonra yenidən onların bədəninə nəql edilir.

Məlumata əsasən, alınan maddəni qəbul edən xəstələr koronavirusdan sağalıblar.

Xəstələr hansısa yan təsirlərdən şikayət etməyiblər.