Honkonqda əhaliyə 7,5 milyon pulsuz maska paylanılacaq

10:40 04-05-2020 348

Honkonqda əhaliyə dəfələrlə istifadə oluna və yuyula bilən maskalar paylanılacaq.

“South China Morning Post” nəşri yazır ki, yaxın günlərdə rəsmilər 60 dəfə yuyula bilən 7,5 milyon maskanı ​​əhaliyə paylamağa hazırlaşır.

Maskalar Honkonqda pandemiya ilə mübarizə üçün ayrılan büdcə vəsaiti hesabına hazırlanıb və istehsal edilib.

Qeyd edək ki, ötən 24 saat ərzində Honkonqda koronavirusa yoluxma halı qeydə alınmayıb.

Ümumilikdə isə, bu şəhərdə 1 039 şəxsdə COVID-19 aşkar edilib. 874 xəstə virusdan sağalıb, dörd nəfər vəfat edib.