Dörd aylıq körpəsini qaçırıb boğazını kəsmək istədi - FOTO

11:00 04-05-2020 466

Türkiyənin Antalya şəhərində kişi dörd aylıq körpəsini qaçırmaq istəyib.

“İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, 27 yaşlı E.Ş. nikahsız yaşadığı 19 yaşlı R.Ç.-nı döyüb, daha sonra qadından olan uşağını zorla qaçırmaq istəyərkən polis tərəfindən tutulub.

Polisin onu izlədiyi zaman körpənin boğazına bıçaq dayayan ata onu öldürməklə hədələyib.

Bu zaman polis əməkdaşı onu ayağından silahla vurub və uşağı xəsarət almadan həmin şəxsdən ala bilib.

Təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirilib. Onun indiyə qədər bir neçə dəfə cinayət törətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.