Hakerlər koronavirusa qarşı peyvənd hazırlayan həkimlərin hesablarına müdaxilə edib

15:20 04-05-2020 464

Böyük Britaniya rəsmilərinin açıqlamalarına görə, Rusiya və İran hakerləri COVID-19 vaksininin hazırlanmasına dair məlumatları oğurlamağa cəhd göstəriblər.

Xəbəri “Daily Mail” agentliyi yayıb.

İddia olunur ki, onlar COVID-19 virusunun təhqiqatı ilə məşğul olan alimlərin və universitetlərdə çalışan həkimlərin hesablarına müdaxilə etməyə çalışıblar.

Hakerlər, əsasən, yeni növ koronavirus pandemiyasının peyvəndinin tapılması üzərində çalışan hesablara daxil olmaq istəyiblər.

Məlumatda əlavə olunur ki, hakerlər istəklərinə nail ola bilməyiblər.