Bu ölkənin müsəlmanları namaz qılmaq üçün dövlət sərhədini keçirlər

18:00 04-05-2020 412

Koronavirusa görə məscidlərin bağlandığı Keniyanın Somali sərhədinə yaxın ərazilərində yaşayan insanlar təravih namazı qılmaq üçün gizli şəkildə qonşu ölkəyə keçirlər.

“Daily Nation” qəzetinin yazdığına görə, sərhəddə yerləşən Mandera şəhərində yaşayan keniyalılar, Ramazan ayında kollektiv şəkildə təravih namazı qılmaq üçün məscidlərin açıq olduğu Somaliyə keçməyə başlayıblar.

Manderanın səlahiyyətliləri təhlükəsizlik əməliyyatlarının başlandığını, sərhədi keçənlərin tutulacağını və 14 gün karantində qalacağını bildiriblər.

Sərhəd keçidinin epidemiyanın artmasına səbəb ola biləcəyindən narahat olan səlahiyyətlilər digər sərhəd şəhərlərində də araşdırmalara başlayıblar.

Qadağaya baxmayaraq, Somalidəki bir çox məscidlərdə sosial məsafə qaydalarına əməl edərək ictimai ibadətlərin davam etdirildiyi qeyd olunur.