Dariqa Nazarbayevanın qəfil istefası atasının təşəbbüsü ilə ola bilər

00:20 05-05-2020 371

Dariqa Nazarbayevanın Qazaxıstan Parlamentinin spikeri vəzifəsindən istefa verməsi atası - keçmiş dövlət başçısı Nursultan Nazarbayevin təşəbbüsü ilə ola bilər.

Bu barədə qazaxıstanlı politoloq Bakıt Baketayev “Media Tsentr” agentliyə bildirib.

Onun fikrincə, sabiq prezidentin böyük qızı siyasətdən uzaqlaşmayacaq və böyük ehtimalla gələcək prezident seçkilərində iştirak edəcək. O zamana qədər D.Nazarbayeva siyasi mövqeyini möhkəmləndirəcək.

Xatırladaq ki, mayın 2-də prezidenti Kasım-Jomart Tokayev onun səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.

Həmçinin, bu gün Qazaxıstanın Mərkəzi Seçki Komissiyası D.Nazarbayevanın deputatlıq səlahiyyətlərinə son verib.