Braziliyada gün ərzində dörd mindən çox insan koronavirusa yoluxub

04:20 05-05-2020 368

Ötən sutka ərzində Braziliyada  4075 nəfər koronavirusa yoluxub, 263 insan onun qurbanı olub.

“Gazeta.ru” xəbər verir ki, beləliklə ölkədə xəstəliyə tutlanların ümumi sayı 105 222 nəfər çatıb.

Məlumata əsasən, ölkədə indiyədək 7288 nəfər koronavirusdan vəfat edib.