Moskvada gün ərzində 50 nəfər koronavirusun qurbanı olub

04:20 06-05-2020 330

Ötən gün ərzində Rusiyanın paytaxtı Moskvada 50 nəfər koronavirusdan vəfat edib.

“RİA Novosti” xəbər verir ki, beləliklə şəhərdə xəstəlikdən ölənlərin ümumi sayı 866 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada 155 min nəfər koronavirusa yoluxub, təxminən 1500 insan onun qurbanı olub, 20 min nəfər isə xəstəlikdən sağalıb.