ABŞ-da polis avtomobil idarə edən beş yaşlı uşağı saxladı

05:40 06-05-2020 336

ABŞ-ın Yuta ştatında polis avtomobil idarə edən 5 yaşlı oğlan uşağını saxlayıb.

“Daily Star” xəbər verir ki, məlub olub ki, anası uşağa arzuladığı “Lamborghini” avtomobilini almadığı üçün o, maşını qaçırdıb.

İlk növbədə patrul polisi avtomobili sərxoş insanın idarə etdiyini hesab edib. Lakin maşına yaxınlaşdıqda sükan arxasında balaca oğlanın oturduğunu görüb.

Uşağa polisə “Lamborghini” almaq üçün Kaliforniyaya üz tutduğunu bildirib. Bu zaman onun cibində cəmi üç ABŞ dolları olub.

Qeyd etmək lazımdır ki, bu avtomobilin qiyməti 200 min ABŞ dollarında başlayır.