Xalq artisti Röya özünə villa tikdirir - VİDEO

21:00 06-05-2020 536

Qalmaqallı imic dəyişimi ilə gündəmi zəbt edən Xalq artisti Röya Ayxan özünə dəbdəbəli villa tikdirir.

HerGun.Az xəbər verir ki, bu barədə müğənni Nazənin Salayeva ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-iqtisadi proqramına “Skype” vasitəsilə canlı efirə onlayn qoşularkən deyib.

Yaşadığı villasını verilişin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə nümayiş etdirən sənətçi Röyanın da eyni ərazidə torpaq alaraq, orada malikanə tikdirdiyini açıqlayıb.

Qeyd edək ki, ötən il Xalq artisti Röya Ayxanın Xaçmaz rayonunun Nabran qəsəbəsindəki villasını satışa çıxarması ilə bağlı xəbərlər yayılmışdı. Lakin sənətçinin prodüseri Vüsal Rzayev HerGun.Az-ın əməkdaşı ilə söhbətində yayılan xəbərlərin yalan olduğunu bildirmişdi:

“Röya Ayxanın, ümümiyyətlə, heç vaxt Nabranda villası olmayıb. Bu xəbər dezinformasiyadan başqa bir şey deyil”.

Rəşad Əliyev