Karantin bu ölkədə əhalinin yarıdan çoxunun kökəlməsinə səbəb oldu

04:00 07-05-2020 416

Sosioloqlar fransızların yarıdan çoxunun karantin zamanı kökəldiklərini müəyyən edib.

“Ifop” İctimai Rəyin Öyrənilməsi İnstitutunun apardığı araşdırmaya əsasən xəbər verir ki, özünütəcrid rejimi fransızların 57 faizinin əlavə çəki toplamasına, 29 faizinin isə, əksinə, arıqlamasına səbəb olub.

Fransada orta statistik vətəndaşın çəkisinin təxminən 2,5 kq artdığı məlum olub. Rəyi soruşulanların 42%-i bunda yeməkləri, 20%-i isə şokaladı “günahlandırıb”.

Daha çox arıq bədən quruluşuna sahib olanların kökəldiyi bildirilir. Artıq çəkisi olanlar arasında ən çox “işsiz, aşağı təhsil səviyyəsi olan və ya yoxsul təbəqələrə aid olanlar” çoxluq təşkil edir.

Xüsusilə, böyük ailələrdə yaşayan insanlar arasında çəkisi artanlar daha çoxdur.